05 Yanvar 2022
14:38
21445

“BDU SABAH” mərkəzi ilə bağlı narazılıq artır

"BDU SABAH” mərkəzinin müəllimləri, İgidova Emiliya Şahruddin qızı və Allahyarova Sevinc Ağavəli qızı redaksiyamıza mərkəzin rəhbəri ilə bağlı müraciət edib. Qarşı tərəfin də fikirlərinə yer ayırmağa hazırıq.

Mən İgidova Emiliya Şahruddin qızı 2018 ci ildə müsabiqədən keçərək Sabah qruplarında müəllim kimi fəaliyyətə başlamışam. Dərs keçdiyim müddətdə iki seçmə fənn və bir əsas fənn tədris edirdim. Tədris etdiyim fənnlərdən biri iki il öncə cədvələ düşdüyüm halda auditoriyaya daxil olduğum zaman başqa bir müəllimin auditoriyada olduğunu gördüm. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan "BDU SABAH” mərkəzinin rəhbəri İradə Süleymanovaya müraciət edərək cədvələ mənim düşdüyüm halda başqa bir müəllimin dərsə girməsinin səbəbini soruşduğum zaman həmin müəllimənin nazirlikdən tapşırıldığını dedi. Əslində isə qanunla Sabah qruplarında fənnlər vakansiyaya verildikdən sonra müəllim seçilməlidir. Həmin il o fənn vakansiyaya verilməmişdi.

Növbəti qanun pozuntusu isə bu il dərs bölgüsü zamanı oldu. İradə Süleymanova mənim tədris etdiyim digər seçmə fənnin də blokdan çıxardılaraq başqa bir fənnlə əvəz olunduğunu dedi. Mən belə bir dərsin BDU-da adi qruplarda tədris olunmadığını İradə xanımın ixtisasca bioloq olub bu fənnin zəruriliyini hansı əsaslarla təqdim etdiyini soruşduğum zaman O mənə belə cavab verdi ki, Sabah qrupları müstəqil qurumdu və Universitet onların dərs bölgüsünə qarışa bilməz. Tələbələrə də bu fənni seçməli olduqlarını deyiblər. Halbuki bir həftə öncə tələbələr mənim fənnimi seçdiklərini deyirdilər. Həmin bu dekan tələbələrə tyutorlar vasitəsilə təzyiq edərək istədiyi fənni seçdirir və sonra da adın qoyur ki, tələbə bu müəllimi istəmir. Mən Sabah İcra komitəsinin sədri Millət vəkili Şahin Seyidzadəyə müraciət etdim. Şahin müəllim Sabah İcra Komitəsində Eldar Qocayev və Nailə Qəhrəmanovaya problemi araşdırmağı tapşırdı. İki gün sonra məni nazirliyə çağırdılar və "Asılılıq psixologiyası" adlı dərsi mənim dərsimin yerinə saldıqlarını dedilər. Bu fənni tələbələrin istədiyini isə əsas götürdülər. Tələbələrlə gedib nazirlik nümayindələri sorğu apardılar və tələbələr məndən narazı olmadıqlarını amma tədris etdiyim fənni deyil digər fənni istədiklərini dedilər. Tələblərə təzyiq olunduğu halda bunu dedikləri ilə bağlı yetərincə faktı da nazirlik nümayindələrinə göstərmişdim. Bir həfətə sonra Sabah İcra komitəsinin nümayindəsi Nailə Qəhrəmanova mənə zəng vuraraq nazirliyə gəlməyimi istədi. Gələ bilməyəcəyimi dedikdən sonra telefonda araşdırmalarının nəticəsini dedi. Tədris etdiyim fənnin yerinə salmaq istədikləri fənni artıq salmayacaqlarını mənim tədris etdiyim fənnin qaldığını dedi. Sonda isə belə bir əlavə etdi ki, keçən dəfə sizi tərifləyən, sizdən çox razı olduqlarını deyən tələbələr sizin onlara dərs demək istəmədiklərini dedi. Bu da Şahin Seyidzadə və onun komandasının ənənəvi problemi həll etmək üsuludur. Artıq mənim tədris etdiyim xüsusi psixologiya fənni Sabah qruplarının səhifəsində vakansiyaya verilibdir. Bu sahə üzrə ixtisalaşmış kadr olduğum halda və dərsi tədris etdiyim zaman öz gücümə tələbləri müxtəlif psixoloji mərkəzlərə,xüsusi məktəb və nternat məktəblərinə dərsdən əlavə aparıb daha dərindən öyrətməyə çalışdığım halda əziyyətimin hansısa dekan və İcra komitəsi tərəfindən yerə vurulması məni bir müəllim kimi çox narahat etdi. Halbuki mən nazirlikdə olduğum zaman tələbə tərəfindən qəfil zəng gəldi. Zəng edən tələbə dekanın onlara təzyiq etdiyini, digər fənni seçmək üçün ərizə yazdırmağa tyutorlar və starosta vasitəsilə məcbur olunduqlarını deyirdi. Məzun olmuş tələblərin çoxu tədrisetdiyimbu fənnin onların praktik fəaliyyətində çox kömək olduğunu hər dəfə yazaraq bildirirlər və minnətdar olduqlarını vurğulayırlar.

Mən Allahyarova Sevinc Ağavəli qızı müsabiqədən keçərək Sabah qruplarında Zoopsixologiya və Psixogenetika adlı iki seçmə fənn Klinik psixologiya adlı isə əsas fənni tədris edirdim. 2020 ci tədris ilində SABAH qrupları dekanı İradə Süleymanova tələbələrə təzyiq edərək yaxın rəfiqəsi olan Kamilə Kazımovaya tədris etdiyim fənni vermək istəmişdir. Sadəcə həmin tələbələr güclü etiraz edərək həmin müəllimi deyil məni seçmişdilər. Bu ilki tələbələrə də o dərsi mən tədris etməliydim. Həmin tələblər qorxduqları üçün etiraz edə biləmədi. Çünki keçən ilki məzunlar onlara dekanın diqtə etdiyi müəllimi seçmədikləri üçün İradə xanım tərəfindən sıxışdırıldıqlarını danışmışdılar. Həmin il həmçinin tədris etdiyim psixogenetika fənnin yerinə "İntellektin genetikası” adlı fənni salınmışdır. İradə xanım özü də yaxşı bilir ki, intellektin genetikası ilə bağlı mövzulara "Psixogenetika” fənnində zatən toxunulur. Bu fənnin ayrıca bir fənn kimi tədrisinə ehtiyyac yoxdur.Bu müəllimin də Sabah İcra komitəsinin rəhbərliyi tərəfindən tapşırıldığını deyərək mənim fənnimi ləğv edib tapşırılan müəllimi götürdü.

Təzyiqə məruz qalan tələbələrin bəzilərinin səs yazmalarıda Şahin müəllim və komandasına təqdim olunmuşdur. Şahin müəllimə şəxsən müraciət etdim və bu işi araşdıracağını dedi. Nəticədə Sabah icra komitəsinin nümayindələri belə cavab verdilər ki, mənim baza təhsilim biologiya ixtisasıdır. Əslində mən bu fənni imtahandan keçmişəm. Qanunsuz olurdusa niyə görə iki ildi bu fənni tədirs edirdim. Onlarla bu ixtisas üzrə magistrantlarım olub və onlara rəhbərlik etmişəm. Dərsi əlimdən alıb verdiyi rəfiqəsi olan digər müəllimə hansı ki, hər yerdə İradə xanımın qohum əqrabasının şad günlərində iştirak etməsindən danışır. Bu müəllimə heç həmin fənndən müsabiqədən də keçməmişdir. İradə xanım özü Zoologiya ixtisası üzrə ixtisaslaşmış müəllim olduğu halda niyə görə profilinə uyğun olmayan Tibbi biliklər fənnin tədris edir? Hansı səbəbdən dekan vəzifəsi ilə yanaşı külli miqdarda dərs yükü götürür. Coğrafiya fakültəsində yaxın qohumu olan Zahid adlı müəllim sabah qruplarına aid bir çox dərsləri hansı əsasla tədris edir. Belə çıxır ki, Sabah qrupları İradə xanım və yaxın ətrafına xidmət etmək məqsədi ilə yaradılıb. Diplom işlərinə rəhbərlik seçilərkən də dekanın yaxın ətrafında olan müəallimlərə üstünlük verilir. Bir çox fənnlər vakansiyaya verilmədən dekanın yaxın tanışlarına verilir, yerdə qalan fənnlər isə vakansiyaya verildiyi zaman ixtisasca profili uyğun gəlməyən müəllimlərə verilir. Bütün bu faktlar və keçən ilki tələbələrin yazdıqları yazılar Sabah icra komitəsi nümayindələrinə təqdim olunduğu halda araşdırılmadı. (Mektebgushesi.az)

İslahat.az