10 Yanvar 2021
13:36
8397

Bayraktar “WhatsApp”dan imtina etdi - FOTO

"Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, Türkiyənin "Baykar” şirkətinin Baş direktoru Səlcuq Bayraktar "WhatsApp” mesajlaşma proqramından imtina etdiyini bildirib.

Bununla bağlı o "Twitter” sosial şəbəkəsindəki hesabından məlumat yayıb.

 

Bayraktar bildirib ki, buna səbəb proqramın yeni təhlükəsizlik qaydalarıdır.