29 İyun 2021
15:25
24192

Banklar dollar alışını artırır

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən növbəti valyuta hərracında banklar dollar alışını artırıb. Hərracda tələb 77,1 milyon dollar təşkil edib və bu məbləğ tam təmin edilib.

İslahat.az xatırladır ki, bundan öncə keçirilən 4 hərracda dollar alışı 65,9 milyon, 61,9 milyon, 46,8 milyon və 30,3 milyon dollar təşkil etmişdi.

Hərracların nəticələri göstərir ki, banklarda dollara tələbdə artım müşahidə olunur. Dollara tələbdə 2021-ci ilin fevralından iyununa qədər azalma var idi. Yeni dinamika iqtisadiyyatda aktivliyin artması ilə izah edilə bilər. 

İslahat.az