Bu gün Bakıda tibb müəssisələrinin birində dördəm dünyaya gəlib.
Tibb müəssisəsindən "Report”a verilən məlumata görə, körpələrdən üçü oğlan, biri isə qızdır.
Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız).
Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.
Onların 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.
İslahat.az