15 Avqust 2022
11:31
18046

Bakıda dəhşətli hadisə: qazi ürəyindən bıçaqlandı

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

İslahat.az APA-ya istinadən xəbər verir ki, hadisə "Kubinka” ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Niyaməddin Ağayev naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.

İslahat.az