19 Sentyabr 2022
11:11
17787

Bakı-Sumqayıt yolunda dəhşətli “Prius” qəzası: Ölənlər var

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İslahat.az xəbər verir ki, hadisə zamanı yüksək sürətlə hərəkət edən "Toyota Prius” markalı avtomobil su daşıyan "KamAZ”a çırpılıb.

Qəza nəticəsində "Prius”un sürücüsü və sərnişini vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

İslahat.az