22 Yanvar 2021
12:56
10790

Bakı İdman Sarayındakı oyuna media buraxılmayacaq

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan - Slovakiya oyunu mediaya qapalı olacaq.

İslahat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Bakı İdman Sarayında keçiriləcək görüşdə Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinin nəzərə alınmasıdır.

 

Futzal yarışı qapalı zalda keçirildiyindən, azarkeşlərlə yanaşı, media işçiləri də arenaya buraxılmayacaq.

Qeyd edək ki, yanvarın 29-da keçiriləcək görüşün baş tutması üçün AFFA ilə Gənclər və İdman Nazirliyi operativ qərargahdan xüsusi razılıq alıb.

 

İslahat.az