18 Noyabr 2021
14:45
21285

Bahar Muradova: “Uşaq hüquqlarıyla bağlı sənəd üzərində iş aparılır”

"Uşaq hüquqlarının bütün sahələr üzrə meyarlarının müəyyənləşdirilməsi ilə bağlı sənəd üzərində iş aparılır”.

İslahat.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar MuradovaAzərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu günə qədər belə bir sənəd mövcud olmayıb:

"Bu sənəd çərçivəsində müəyyən kriteriyalar müəyyənləşdirilir. Sənəd hazırdır və aidiyyətı qurumlara göndərilib. Eyni zamanda uşaqlara sosial xidmət göstərən mərkəzlərin keyfiyyət göstəricilərinə dair tələblər müəyyənləşdirilir. Fövqəladə vəziyyətlərdə və digər çətin şəraitlərdə uşaqların hüquqlarına təhlükəsiz əlçatanlığının təmin edilməsi və bərabərliyin gözlənilməsi sənədi üzərində də iş gedir”.

İslahat.az