18 Noyabr 2021
12:21
23861

Bahar Muradova: “Uşaq hüquqlarının müdafiəsi mövzusunda problemlər hələ də qalmaqdadır”

"Uşaq hüquqlarının müdafiəsi mövzusunda problemlər hələ də qalmaqdadır”.

İslahat.az xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, erkən nikahlar barədə təəssüf ki, hələ də məlumatlar daxil olur:

"Problemlərdən biri uşaqlara qarşı törədilən zorakılıqlardır. Bunların fəsadları ilə mübarizə aparmaq üçün regionlarda xüsusi komitələr fəaliyyət göstərir. Valideyn məsuliyyəti də uşaq hüquqlarının qorunmasında önəmli məsələdir”.

Erməni təxribatı nəticəsində zərər görən uşaqlar və onların ailələrinə dəstək tədbirləri aparılır:

"Uşaqlar, gənclər və onların ailələri iləmüxtəlif psixoloji dəstək proqramları çərçivəsində işlər görülür.Azərbaycan əhalisinin 26,2 faizini uşaqlar təşkil edir”.

İslahat.az