04 Oktyabr 2021
14:09
21783

Bahalaşmanın qarşısını almağa çalışan Rusiyadan QƏRAR: 2022-ci ilin fevralından...

Rusiya buğda ixracına kvota tətbiq etməyi düşünür. 

İslahat.az bildirir ki, bu haqda "Kommersant” xəbər verib. 
"Kommersant” yazıb ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi taxıl ixracat limiti daxilində buğda ixracına ayrı bir kvota müəyyənləşdirəcək. Kvotanın tətbiqinə 2022-ci ilin fevralın 15-dən başlanılması nəzərdə tutulub. 

Media orqanı bu xəbərində kənd təsərrüfatı nazirinin müavini Oksana Lutun sentyabrın 30-da Taxıl İxracatçıları Birliyinin üzvləri ilə geçirdiyi toplantıdakı çıxışına istinad edib.

Rusiyanın buğda ixracına kvota tətbiq etməkdə məqsədi ölkənin mərkəzi hissəsi olan Urallar və Volqa regionlarında un və çörək qiymətlərində gözlənilən artımın qarşısını almaqdır. Bu regionlarda taxıl istehsalı azalıb və proqnozlaşdırılır ki, burada növbəti ildən çörək və çörək məmulatları bahalaşacaq. 

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi 2021-ci ildə taxıl yığımının 127 milyon ton olacağını proqnozlaşdırır. Yığılan məhsulun 35 milyon tonu ixrac ediləcək ki, bunun da 31,5 milyon tonu buğda ixracından ibarət olacaq. 

Taxılın 14 milyon tonu 2022-ci ilin yanvar-iyun dövründə ixrac ediləcək.

İslahat.az