16 Fevral 2021
13:46
14340

Azərbaycanlı BMT-nin komitəsində yüksək vəzifəyə seçildi

Azərbaycanlı beynəlxalq komitəyə vitse-sədr seçilib.

İslahat.az-ın məlumatına görə, Elgün Səfərov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) vitse-sədri (Vice-Chairperson) seçilib.

 

İlk dəfədir ki, azərbaycanlı sözügedən komitəyə vitse-sədr seçilir.

Qeyd edək ki, E.Səfərov hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri olaraq çalışır.

 

İslahat.az