19 Fevral 2021
14:24
12577

Azərbaycanlı aktyor Tural Ələkbərov 29 yaşını qeyd edir - FOTOLAR

Aktyor Tural Ələkbərovun doğum günüdür. 

İslahat.az xəbər verir ki, Ələkbərov Tural Adil oğlu 1992 ci ildə İmişli rayonunda anadan olub. Orta təhsilini İmişli rayon 2 saylı orta məktəbdə alıb. 

2009-2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Rejissorluq fakultəsini bitirib. 2012-2014-cü illərdə Bakı Uşaq və Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərib. 

Aktyor Tural Ələkbərov teatr tamaşalarında, televiziya seriallarında və filmlərdə aktyor kimi fəaliyyət göstərir. Həmçinin, "Dələduz Siçanlar" tamaşasına quruluş verib.

Teatrda oynadığı tamaşalar: 

"Həyatla Oyun” - Duman 
"Şrek və dostları" - Cery 
"Göyçək Fatma" - Şəhzadə 
"Ağıllı Tülkü" - Vəzir 
"Fidan və Qoğal" - Yorğan 
"Turp" - Baba

Rol aldığı seriallar:

"Cehizsiz Gəlinlər" - Elşən (2016) 
"Ata ocağı" - Cavad (2018) 
"Bir Qadın" - Elşən (2019) 
"13-cü mənzil" - Davud (2021) 

Rol aldığı filmlər:

"Suqra və Oğulları" - Qaçaq (2020) 
"Sən Demə" - Tural (2020)

Bundan başqa Tural Ələkbərov Azərbaycanda mükafatlandırma  tədbirlərində təşkilatçı olaraq fəaliyyət göstərir. "Caspian Awards", "Trend of the Year", "Gənclik Ödülləri Azərbaycan", "Gold Faces" kimi mükafatlandırma gecələrinin təşkilatçısıdır. 

Tural Ələkbərov Türkiyənin "Altın Boğaz Ödülü İstanbul 2019” mükafatına layiq görülən azərbaycanlı aktyordur.

"İslahat.az" xəbər portalı olaraq aktyor Tural Ələkbərovu doğum günü münasibəti ilə təbrik edir, yaradıcılıq fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.
 
İslahat.az