17 Dekabr 2019
14:50
1123

UEFA Azərbaycanın dörd klubuna pul ayırdı

2018-2019-cu il mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştiraka görə Avropa futbol qurumu tərəfindən ayrılmış 85 min 280 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb. 

İslahat.az-ın məlumatına görə, "Qarabağ”a 51 min 920 avro, "Neftçi”, "Qəbələ” və "Keşlə”nin hər birinə isə 11 min 120 avro ödənilib. 

"Keşlə” klubu üçün nəzərdə tutulan vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.

İslahat.az