16 May 2022
16:56
18210

Azərbaycanın üç şahmatçısının beynəlxalq titulu tanındı - RƏSMİ

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bir qrup şahmatçıların titulunu rəsmi qaydada təsdiqləyib.

İslahat.az xəbər verir ki, Sloveniyadakı şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrosmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib.

FIDE eyni zamanda Məhəmməd Muradlını beynəlxalq qrosmeyster kimi siyahıya daxil edib.

Qeyd edək ki, Məhəmməd Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster kimi tarixə düşüb.

İslahat.az