28 Avqust 2021
14:06
26094

Azərbaycanın paralimpiadadakı qızıl medallarının sayı 6-ya çatdı

Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

İslahat.az-ın məlumatına görə, 81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.

Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb.

İslahat.az