29 İyul 2021
09:26
21850

Azərbaycanın 21-ci idmançısı Olimpiadanı medalsız başa vurdu - FOTO

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91 kq) Tokio Olimpiadasında çıxışını başa vurub.

İslahat.az xəbər verir ki, o, 1/8 finalda dünya və üçqat Avropa çempionu Baxodir Cəlalovla (Özbəkistan) qarşılaşıb.

Döyüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesablı qələbəsi ilə başa çatıb.

İslahat.az