08 Oktyabr 2021
14:43
21204

Azərbaycanda yüksək vəzifəli şəxs iş otağında QƏTLƏ YETİRİLDİ

Goranboyda qətl hadisəsi baş verib.

İslahat.az xəbər verir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

İslahat.az