22 Fevral 2021
12:03
16864

Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb - FOTO

Bu ildən etibarən Azərbaycanda sürücülərə təsviri yeni olan sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.

"Report”un əldə etdiyi məlumata görə, yeni sürücülük vəsiqəsi motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün "İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” beynəlxalq standartının tələblərinə cavab verir.

Sürücülərə A, A1, B, B1, C, C1, D, D1, BE, CE, DE, C1E, D1E, tramvay və trolleybus kateqoriya və altkateqoriyası üzrə vəsiqələr verilir.85,60 mm x 53,98 mm ölçülü yeni vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilib.

Vəsiqənin üstündəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılıb.