20 Dekabr 2021
13:49
21206

Azərbaycanda yeddi idmançı narkotik maddə qəbul etdi

Azərbaycanda son 5 il ərzində 7 idmançının qanında narkotik maddə aşkarlanıb.

İslahat.az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib.

O, "İdmanda narkotik maddələrin istifadəsi ilə mübarizə” mövzusuna həsr olunmuş tədbirdə bildirib ki, qurumun 2021-ci ildə aşkar etdiyi antidopinq qayda pozuntularından 11 faizi narkotik və psixiatrik maddələrə aiddir və AMADA 5 il ərzində 7 belə hal aşkarlayıb.

İslahat.az