16 Sentyabr 2021
13:20
22138

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb.

İslahat.az-ın əldə etdiyi məlumatına görə, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb.

Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

İslahat.az