22 Yanvar 2021
13:19
16812

Azərbaycanda təhsil haqqlarının ləğv edilməsi ilə bağlı məsələyə nazirdən REAKSİYA

"Bəzi hallarda təhsil haqqının ümumiyyətlə ləğv edilməsi və onların hamısının dövlət tərəfindən ödənilməsi təklif edilir”.

Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

O bildirib ki, təklif edilən sistemə keçilsə, bu, o, deməkdir ki, rəqabət şəraitindən imtina etməli olacağıq:

 

"Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavrda, 15 mini isə magistraturada oxuyur. 11 500 tələbəyə ölkə rəhbərliyinin xüsusi göstərişi ilə sosial yardım edilib. Bu gün ali təhsil alan tələbələrin hər 100-nün 56-sı dövlət hesabına oxuyur.

Hazırda 1-ci kursda oxuyan tələbələrin 60 faizindən çoxu dövlət hesabına təhsil alır. Bu, o deməkdir ki, onların təhsil haqqı problemi yoxdur”.

 

İslahat.az