02 Avqust 2021
16:37
23844

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: Üç nəfər öldü - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

İslahat.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5030 nəfər vəfat edib, aktiv xəstə sayı 6654 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6238, ötən müddət ərzində isə ümumilikdə 4 049 978 test aparılıb.

Qeyd edək ki, Azərbaycanda dünən koronavirusa 671 yoluxma faktı qeydə alınmışdı.

İslahat.az