29 Noyabr 2021
17:03
21390

Azərbaycanda şagirdlərin cəmi 10 faizi əcnəbi dildə təhsil alır – STATİSTİKA

2020-ci ildə Azərbaycanda təhsil alan bütün şagirdlərin sayı 1 milyon 663 min 65 nəfər olub.

İslahat.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, şagirdlərin 90,2 faizi Azərbaycan, 9,8 faizi əcnəbi dillərdə orta təhsil alır.

Azərbaycan bölməsi üzrə 1,504 milyon şagird, rus dili bölməsi üzrə 150,76 min, ingilis dili bölməsi üzrə 6945 şagird, gürcü dili bölməsi üzrə 1129 şagird, türk dili bölməsi üzrə 346, fransız dili bölməsi üzrə 134 şagird oxuyur.

Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 25 şagirdlə rus dili bölməsindədir. Sıxlıq Azərbaycan dili bölməsində 18, türk dili bölməsində 16, ingilis dili bölməsində 14, gürcü və fransız dili bölməsində 10 nəfərdir.

İslahat.az