25 Noyabr 2021
12:02
21158

Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində öldü

Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

İslahat.az xəbər verir ki, DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.

Hazırda məsələ araşdırılır.

İslahat.az