01 İyul 2021
11:46
23705

Azərbaycanda istifadə edilən vaksinlər “delta” ştammından da qoruyur? – AÇIQLAMA

COVID-19-un "Hindistan ştammı” (Delta) dünyada sürətlə yayılmağa davam edir.

İslahat.az xəbər verir ki, bu ştamm hələlik Azərbaycanda rəsmi şəkildə qeydə alınmayıb. Hazırda ölkəmizdə COVID-19 əleyhinə istifadə edilən vaksinlərin "Delta” ştammından da qoruyub-qorumadığı vətəndaşlar arasında müzakirələrə səbəb olub.

TƏBİB-in Elmi-Tədqiqat Tibbi Profilaktika İnstituna elmi işlər üzrə direktor müavini Akif Qurbanov Unikal.org-a bildirib ki, Azərbaycanda istifadə edilən COVID-19 vaksinləri bütün mutant ştammlara qarşı effektivdir.

İslahat.az