2021-ci ilin yanvar-may aylarında ölkədə 31 milyard 532,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
İslahat.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ÜDM-in həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.
Bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 150,6 manata bərabər olub.
İslahat.az