24 Sentyabr 2020
15:27
1769

Azərbaycanda daha 19 şagird koronavirusa yoluxub

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

İslahat.az xəbər verir ki, Nazirliyin məlumatına görə, sentyabrın 24-də 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 19 şagird və 3 işçidə koronavirus aşkarlanıb.
 
İslahat.az