07 Noyabr 2020
16:34
1391

Azərbaycanda daha 13 nəfər COVID-19-dan vəfat etdi - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 410 yeni yoluxma faktı qeydə alınıb, 779 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İslahat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 63 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48 049 nəfər müalicə olunaraq sağalıb, 824 nəfər vəfat edib, aktiv xəstə sayı 14 875 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 140, ötən müddət ərzində isə ümumilikdə 1 429 508 test aparılıb.
 
İslahat.az