29 Dekabr 2021
16:13
23954

Azərbaycanda bu qanuna dəyişiklik edildi - Prezident təsdiqlədi

"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

İslahat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanunu imzalayıb.

Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata qaldırılıb.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

İslahat.az