14 Yanvar 2022
11:26
22292

Azərbaycanda 4 günlük iş rejimi ilə bağlı RƏSMİ AÇIQLAMA

Son zamanlar bu fikir bir sıra ölkələrin müzakirə mövzusuna çevrilib.

İslahat.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri inqilabi qərar qəbul edərək bu il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçib. Yəni, həftəlik iş qrafiki 5-ci gün saat 12:00-da yekunlaşacaq. Hazırda Rusiya, Türkiyə , Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər müzakirə mövzusudur.

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, 4 gün işləyən insan 3 gün dincələcəyini bildiyi üçün daha məhsuldar nəticə göstərə bilər.

Elə əksər şirkət və müəssisələri cəlb edən də məhz bu fikirdir.

Eldəniz Əmirovun fikrincə, ölkəmizdə də bu sistemi tətbiq etmək mümkündür. Amma bunun üçün xüsusi təhlil, elmi araşdırmalar lazımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, hələlik bu barədə heç bir layihə və ya qərar yoxdur.

İslahat.az