22 Sentyabr 2021
15:34
22493

Azərbaycanda 33 yaşlı kişi minaya düşdü

Qazax rayonunda kişi minaya düşüb.

İslahat.az-ın məlumatına görə, rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Mərdanov Məmməd rayonun Bala Cəfərli kəndində minaya düşərək ölüb.

İlkin məlumata görə hadisə traktorla yer şumlayan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

İslahat.az