25 İyun 2021
17:19
16007

Azərbaycan xalqı bu il Silahlı Qüvvələr Gününü daha böyük qürurla qeyd edir

Xalqları dünyada tanıdan, söz sahibinə çevirən amillərdən biri də onun güclü ordusudur. Tarixin bütün mərhələlərində xalqlar ordularına güvənib, onu təhlükəsizliklərinin əsas amillərindən hesab ediblər. Güclü orduya sahib olmaq bir tərəfdən dövlətin əsas təməl prinsiplərindəndirsə, digər tərəfdən də dünya siyasətinə təsir imkanıdır.

İslahat.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Gənclər və İdman komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Deputat qeyd edib ki, müasir müstəqillik dövründə  Azərbaycan Ordusunu 3 dövr üzrə bölə bilərik: "1-ci mərhələ yenicə müstəqillik qazandığımız dövrdür. Əfsuslar olsun ki, həmin dövrdə Azərbaycan ordusu əsasən ayrı-ayrı siyasi qrupların təsirinə düşən dəstələrdən ibarət idi. İşğal faktı ilə üzbəüz qaldığımız dövrdə həmin vaxt respublikaya rəhəbərlik edən şəxslər ordudan daha çox öz məqsədləri üçün istifadə edirdilər. 2-ci dövr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ordu quruculuğunun başladığı dövrdür. Güclü dövlətin təməl anlayışlarından  birinin qüdrətli ordu olduğunu bilən Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra məhz bu prinsipə söykənərək ilk növbədə güclü ordunun formalaşdırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verdi. Qısa müddətdə böyük işlər görüldü, Azərbaycan ordusunda olan neqativ hallar aradan qaldırıldı, zabitlərimizin nüfüzlü beynəlxalq ali hərbi məktəblərində tətdris alması təmin edildi, Azərbayan ordusu NATO-nun bir neçə proqramında iştirak etdi, ordunun modernləşdirilməsi prosesi başladı, ifrastruktur yenidən quruldu. 3-cü mərhələ prezident İlham Əliyevin hakimiyyəti dövrüdür. Bu dövrdə Azərbaycan ordusu inkişafının yeni mərhələsinə qədəm qoydu. Ordumuz sürətlə dünya standartlarına cavab verən hala gətirildi. Dövlət büdcəsindən orduya ayrılan vəsait bir neçə dəfə artırıldı, yeni və müasir silahlar alındı, infrastruktur daha da yaxşılaşdırıldı, zabit heyətimizin peşəkarlığının artırılması üçün nüfuzlu ali məktəblərdə təhsil alması prosesi daha geniş vüsət aldı, Azərbaycan Ordusunun beynəlxalq sülhyaratma proseslərində iştirakı təmin edildi”.

"Nəticədə Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz üzərinə düşən müqəddəs missiyanı – Vətənin ərazi bütövlüyünü cəmi 44 gün ərzində yerinə yetirdi. Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Vaxtilə özlərindən mif yaradan və guya Cənubi Qafqazın ən güclü "ordusu” olan Ermənistan ordusu cəmi 44 günə məhv edildi. Ordumuzun bu regionun ən güclü olması faktı öz əksini real döyüş meydanında da tapdı. İndi Azərbaycan ordusunun gücü büynəlxalq səviyyədə tanınır, qəbul olunur və hörmət edilir.  Beynəlxalq beyin mərkəzləri ordumuzun tətbiq etdiyi döyüş taktikasını təhlil edir. Azərbaycan Ordusunun həyata keçirdiyi döyüş metodları hərb dərsliklərinə salınır” – deyə, Ş.İsmayılov bildirib.

O, əlavə edib ki, Azərbaycan xalqı bu il Silahlı Qüvvələr Gününü daha böyük qürurla qeyd edir: "Silahlı qüvvələrin yaranmasının yubileyində hərbi parad keçirməklə anons vermişdik. Bundan sonra erməni liderin sərsəm bəyanatlarına Ali Baş Komandamızın tarixi "Qarabağ Azərbaycandır!” ifadəsinin reallığa çevrilməsi, haqq savaşımızda qalibiyyətimiz güclü Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya bəyan etdi. Ali Baş Komandan və Güclü Azərbaycan Ordusu həm də mənfur düşmənə aydın mesaj verir – Dəmir Yumruq yerindədir”.

İslahat.az