11 Noyabr 2021
15:57
21344

Azərbaycan - Qətər oyununun hakimləri AÇIQLANDI

Azərbaycan və Qətər milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.

İslahat.az xəbər verir ki, qarşılaşma Litvadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Donatas Rumşasa laynsmanlar qismində Aleksandr Radius və Dovidas Sujiedelis kömək edəcək.

Dördüncü hakim funksiyasını Azərbaycanın FIFA referisi Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.

İslahat.az