"Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi”.
"Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, o vaxt heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək, çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi.
İslahat.az