21 İyul 2021
14:45
18235

Azərbaycan hərbçiləri Gürcüstandakı NATO-nun hərbi təlimlərində iştirak edəcək

Gürcüstanda beynəlxalq "Agile Spirit 2021” hərbi təlimləri keçiriləcək. Tədbirdə Azərbaycan hərbçiləri də iştirak edəcək.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının saytında məlumat yerləşdirilib.

 

"Tədbirdə Gürcüstan və ABŞ-dan əlavə, NATO-nun 13 ölkəsi, həmçinin alyansın tərəfdaşı olan dövlətlər iştirak edəcək. Onların arasında Almaniya, Böyük Britaniya, Estoniya, Latviya, Litva, Polşa, Türkiyə, Ukrayna, Azərbaycan da var”, - deyə məlumatda bildirilir.

Təlimlərə ümumilikdə 2,5 mindən çox hərbi qulluqçu cəlb ediləcək.

Tədbir 26 iyul - 6 avqust tarixləri üçün planlaşdırılıb.

İslahat.az