23 Fevral 2022
11:41
23036

Azərbaycan əsilli gimnast Avropada ilin idmançısı seçildi

Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova Avropada öz növü üzrə qadınlar arasında 2021-ci ilin atleti seçilib.

İslahat.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun prezidenti olduğu Avropa Gimnastikasının keçirdiyi səsvermə artıq başa çatıb.

Böyük Britaniyanı təmsil edən Cesika 11 529 səslə birinci olub. İkinci yeri italiyalı Vanessa Ferrari (9 017) və üçüncü sıranı rusiyalı Anqelina Melnikova (4 748) tutub. Səsvermənin yekun nəticələri yaxın günlərdə rəsmi şəkildə elan olunacaq.

İslahat.az