08 İyun 2021
13:14
11484

AZANS yüksək beynəlxalq tələblərə sadiq olduğunu bir daha təsdiqlədi

"Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verdiyini uğurla təsdiq edib. 

AZANS ISO 9001: 2008 (keyfiyyətin idarə edilməsi sistemi) beynəlxalq standartına uyğunluğunu təsdiqləyərək yenidən sertifikatlaşdırma üzrə auditdən keçib.  ICAO tələblərinə uyğun olaraq həyata keçirilən audit sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış və müstəqil ekspert - Almaniyanın DQS şirkəti tərəfindən aparılıb. Həmin audit şirkəti Avropada aviaşirkətlərə xidmət göstərilməsi üzrə liderlərdən biri hesab edilən Almaniyanın DFS  aeronaviqasiya təchizatçısının sertifikatlaşdırma orqanıdır. Audit AZANS HHİ-də keyfiyyətin idarə edilməsi sisteminin işini, əvvəlki yenidən sertifikatlaşdırma dövründə olduğu kimi, bir daha yüksək qiymətləndirib. 

İslahat.az