31 Mart 2022
12:35
21159

Çavuşoğlu: "Ermənistan Azərbaycanın sülh təklifinə müsbət cavab verməlidir"

"Azərbaycan Ermənistana əhatəli sülh razılaşması təklif edib. Ermənistan buna müsbət cavab verməlidir”.

İslahat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

"Əslində, istəyirdim ki, Antalyada üçümüz (Ermənistan və Azərbaycan XİN başçıları) görüşək. Antalyada mümkün olmadı. Bu, başlanğıcdır, illərdir münasibətlərdə qopuqluq vardı. Bunun da səbəbi Ermənistan idi. Bir gündə hər şey normallaşmayacaq”, - XİN başçısı bildirib.

İslahat.az