27 Aprel 2022
16:26
17859

Avropa Rusiyanın təzyiqinə tab gətirmədi – 10 ölkə qazı rublla alacaq

Rusiyadan qaz idxal edən Avropanın 10 ölkəsi rəsmi Moskvanın yanacağı rublla almaqla bağlı tələbi ilə razılaşıblar. Həmin ölkələrə qaz idxalını həyata keçirən şirkətlər "Qazprombank”da rublla hesab açıblar.

İslahat.az xəbər verir ki, bu haqda məlumatı "Bloomberg” "Qazprom”a yaxın mənbədən əldə edib.

"Bloomberg”ə danışan mənbənin bildirdiyinə görə, Avropada 21 "dostolmayan” ölkədən 10-u rublla qaz almağa razı olub və onlardan 4-ü ödəməni həyata keçirib.

Bundan öncə açıqlanan məlumatda qeyd edilirdi ki, Avstrya və Macarıstan mavi yanacağın pulunu rublla ödəməyə razılıq verib. Polşa və Bolqarıstana isə rublla ödəniş etmək istəmədiyinə görə Rusiya qaz nəqlini dayandırıb.

Qeyd edək ki, Rusiya hökuməti Avropada "dostolmayan” ölkələrə qazı rublla satmaq haqqında qərar qəbul edib. Bu qərara əməl etməyən ölkələrə qaz satılmayacaq.

Avropada 10 ölkənin rublla ödənişlərə razı olması ondan xəbər verir ki, həmin ölkələr Rusiyanın qaz təchizatı ilə bağlı təzyiqinə tab gətirə bilməyiblər.

İslahat.az