15 Mart 2022
12:09
21152

Avropa çempionumuz: "Sübut etdik ki, idmanda da onlardan güclüyük"

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatının qalibi olan sərbəst güləş millimiz bu gün vətənə qayıdıb.

İslahat.az xəbər verir ki, qitə biriciliyində qızıl medalı boynundan asan Zirəddin Bayramov qarşılama mərasimində mətbuata açıqlamasında bunları söyləyib:

"Təəssüratlarım çox yaxşıdır. Sevinirəm ki, Avropa çempionatının finalında erməni rəqibimə qalib gəldim. Bu qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Onların qarşısında baş əyirəm. Biz öz sözümüzü hər zaman və hər yerdə deməyə hazırıq. Sübut etdik ki, tək səngərdə yox, idmanda da onlardan güclüyük. Hədəflərim çoxdur. Bu hədəflərə doğru addım-addım irəliləyirik. Başda federasiya rəhbərliyi olmaqla, yığma komandanın məşqçilər korpusuna və şəxsi məşqçim Elçin Həsənova təşəkkürümü bildirirəm".

İslahat.az