Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən altı rayon sakini saxlanılıb.
İslahat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan ümumilikdə altı kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Rayonun Ərçivan qəsəbə sakini Emil Rzayev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən yeddi qrama yaxın, yaşadığı evin həyətindəki yarımçıq tikilidən isə 6 kiloqram 620 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.
Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İslahat.az