14 Mart 2022
16:50
15608

YAP Zərdab rayon təşkilatının növbəti hesabat-seçki yığıncaqları keçirilib

YAP Zərdab rayon təşkilatının növbəti hesabat-seçki yığıncaqları keçirilib.

İslahat.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Zərdab Rayon təşkilatının sədri İlkin Əliyev, təşkilatın məsul işçiləri və ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, Rayon Elektrik Şəbəkəsi, Aztelekom MMC-nin Aran Regional filialının Zərdab Şöbəsi, Azərpoçt MMC-nin Zərdab Poçt filialı, Çallı, Məlikumudlu, Alıcanlı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan partiyamızın 30 il ərzində keçdiyi uğurlu yoldan, dövlətimizn idarəçiliyində əvəzsiz xidmətlərindən və bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun ən böyük sosial bazaya məxsus siyasi partiyaya çevrilməsindən söhbət açan YAP Zərdab Rayon təşkilatının sədri İlkin Əliyev sonra yığıncaqların gündəliyində duran məsələlərlə bağlı iştirakçılara məlumat verdi.
Gündəliyə uyğun olaraq ərazi partiya təşkilat sədrlərinin ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənildi, sədr və sədr müavinlərinin seçilməsi məsələsinə baxıldı.
YAP Zərdab Rayon təşkilatının sədri İlkin Əliyev yeni seçilən ərazi partiya təşkilatlarının sədr və sədr müavinlərinə fəaliyyətlərinin partiyamızın proqram və nizamnaməsinin tələblərinə uyğun qurulması istiqamətində tapşırıq və tövsiyələrini verərək fəaliyyətlərində uğurlar arzulayıb.

Ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

İslahat.az