12 Yanvar 2021
13:31
12192

Andrey Sızranov: “Naxçıvana yeni dəhliz Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsinə kömək edəcək”

Son zamanlarda Naxçıvana yeni nəqliyyat dəhlizi məsələsi Azərbaycan, Türkiyə və Ermənistanda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. İrəvandan təbii olaraq qəzəbli açıqlamalar eşidilir, baxmayaraq ki, yol nəzəri cəhətdən Ermənistanın özünə kömək edə bilər. Türkiyədə hesab edirlər ki, yeni dəhliz sonradan Avropaya çıxışı olacaq Transxəzər boru kəməri layihəsinin (Xəzər dənizinin dibi boyunca) həyata keçirilməsini aktivləşdirməyə kömək edəcək.

Rusiyalı analitik, tarix elmləri namizədi Andrey Sızranov Media.Az-a verdiyi açıqlamada bunun kifayət qədər real olduğunu qeyd edib. Eyni zamanda, həmsöhbətimiz hesab edir ki, Azərbaycandan Naxçıvana və daha sonra Türkiyəyə qədər uzanacaq dəhliz üçün mümkün təhdidləri nəzərə almaq lazımdır:

"Nisbi gərginlik qalacaq. Qarabağ münaqişəsinin yeni mərhələsi başa çatdı, lakin Azərbaycanla Ermənistan arasında münasibətlər həll olunmamış qalır. Ümumiyyətlə, suala qayıtsaq, təbii ki, yeni dəhliz sayəsində Transxəzər boru kəməri üçün daha çox imkanlar yaranır”.

 

- Kimlər bundan faydalana bilər?

- Faydalananlar Azərbaycan və Türkiyə, müəyyən dərəcədə də İran olacaq.

- Bəs Rusiya?

- Transxəzər boru kəməri layihəsi Rusiya Federasiyasının maraqlarına cavab verməsə də, yenə də Moskvanın buna mane olacağını düşünmürəm.

 

İslahat.az