11 İyun 2021
16:54
20986

Amerikalıların simvolu

 Amerikalıların pikapa olan sevgisi heç kimə sirr deyil. Burada ən çox satılan avtomobil belə pikapdır. Və bu tendensiya təxminən 50 ildir ki, davam edir.
 
Bəs niyə amerikalılar bu böyük maşınları bu qədər sevirlər?  maşınları bu qədər sevirlər? Məlum faktları  toplamağa çalışdıq.
 1. səbəb  - İmic
Bəli, hər şey kifayət qədər sadədir. Amerikalılar əmindirlər ki, böyük bir avtomobil, güclü bir mühərrik, inanılmaz güc və yolsuzluq xüsusiyyətlərinə malik olan pikap, sahibinin möhtəşəmliyini göstərməli və başqalarının həsədinə səbəb olmalıdır

2. səbəb -Sığortalanma 
Bizim üçün anlamaq çətin olsada, amma amerikalılar arasında paranoyaya meyl və bütün hallar üçün sığortalanmaq istəyi var. Orada çoxu zirzəmidə tez xarab olmayan qida, silah və dərman ehtiyatı saxlayır. Bir pikap isə, ehtiyac olduqda hər şeyi avtomobilə yığıb və hara lazımdırsa getmək üçün əla bir vasitədir.

3.səbəb-Vətənpərvərlik 
Pikapların Amerikalı bir şey olduğunu düşünürük? Bəli, doğrudur. Yəni amerikalıların özləridə belə düşünürlər. Çoxları üçün bu, ABŞ-ın simvollarından biridir. Beləliklə, vətən sevgisindən bir pikap almaq olduqca adi bir şeydir. Və hər ehtimala qarşıda, birdən harasa qaçmaq lazım olsa?

4. səbəb -Sosiallaşma
 Açıq-aşkar bir üstünlük olmasada, buda vacibdir. ABŞ-da pikap sahibləri klubları, bayker sahibləri klubları qədər çoxdur. Və bu klublar cəmiyyətin müxtəlif təbəqələrindən olan çox sayda insanı bir araya gətirə bilir. Buna görə də, bəziləri üçün bir pikap almaq, cəlbedici bir sosial qrupa qoşulmaq üçün böyük istəklə yanaşı, əla bir fürsətdir.

5.səbəb -Universallıq 
Əslində çox insan hər şeyi edə bilən avtomobilləri sevir. Yük götürmə qabiliiyətinə malik olan, yolda sürətlə hərəkət edən, yolsuzluğa rahatlıqla girib və oradan başı uca çıxa bilən pikaplar kimi. Buna görə də, amerikalıların gözündə yolsuzluqda gəzintilər və pikapların çoxfunksionallığı cəlbediciliyini artırır 

6.səbəb -Qənaət
Bəli, səhv deyil. Xarici görünüşü ilə dəhşət saçmağına baxmayaraq, ABŞ-da pikaplar ən sərfəli avtomobillərdən biridir. Bu avtomobillər üçün bir çox endirim proqramları və maliyyə təklifləri mövcuddur. Pikaplar üçün sığortanında nisbətən ucuz olması vacibdir. Çünki, avtomobil etibarlı və iddiasız olduğu üçün, sığortaçılar onu tez-tez təmir etmək zərurətində deyillər. 
--
Ulvi Najafov