01 İyun 2021
16:02
12453

Amerikalı professorun “daha dəhşətli pandemiya” iddiası doğrudurmu? – “Bu, mütləq baş verəcək”

"Virus müəyyən zamandan sonra özünü yenidən və daha dəhşətli şəkildə göstərəcək”.
 
Bu sözləri İslahat.az-a açıqlamasında ABŞ-ın mikrobiologiya üzrə professoru Peter Hotezin COVİD-19-dan daha təhlükəli COVID-26 və COVID-32 virusunun yayılacağı ilə bağlı iddialarına münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:
 
"Ümumiyyətlə, koronavirusun 4 növü soyuqdəymə şəklində olsa da hər il özünü göstərir. COVİD-19 bizə bird aha xatırlatdı ki, virusun müxtəlif ağır formaları müəyyən müddətdən sonra təkrarlanmaq xüsusiyyətinə malikdir. Bu məntiqi analizdir”.
 
Həkimin fikrincə, mutasiya edən viruslar müəyyən müddətdən sonra yenidən təkrarlanacaq: "Dünya Səhiyyə Təşkilatı 2019-cu ildə insan sağlamlığını təhdid edən on amildən biri kimi dəhşətli qrip infeksiyasını göstərib. Bu nə vaxtsa özünü göstərəcək. Bir il, yaxud on ildən sonra bu baş verəcək. Mutasiya edən viruslar hansısa bir zamandan sonar daha təhlükəli forma alır və kütləvi tələfatla müşayiət olunan yeni pandemiyaya səbəb olurlar. Bu mənada amerikalı professorun dediklərində məntiq var. Bu təhlükənin nə zaman reallaşacağını deyə bilmərəm, amma, bu mütləq olacaq”.
 
İslahat.az