AMEA İqtisadiyyat İnstitutunun "Təhsil şöbəsi”nin müdiri, dos. Gülsurə Mehdiyeva economics.com.az saytına bildirib ki, şəffaflıq və müasir kompüter proqramlarının tədbiqi şəraitində baş tutan imtahanda doktoranturaya qəbul üzrə ingilis dili və fəlsəfə imtahanlarından uğurla keçmiş 13 nəfər iştirak edib. İmtahandan sonra nəticələr açıqlanıb, bütün iştirakçılar imtahanı müvəffəqiyyətlə verərək müsabiqəyə buraxılıblar. 2020-2021-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə AMEA İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul üzrə 9 plan yeri ayrılıb. İmtahan komissiyası tərəfindən bütün imtahanların nəticələri nəzərə alınmaqla doktoranturaya qəbul olanların adları açıqlanacaq.
İslahat.az