26 Noyabr 2020
15:09
2464

Almaniyada ordumuzun tarixi qələbəsi münasibəti ilə aksiya keçirilib - FOTO

Almaniyada Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən İslahat.az-a verilən məlumata görə, Almaniyanın Düsseldorf şəhərində Şimali Reyn Vestifaliya parlamentinin binası qarşısındakı aksiya Azərbaycan ordusunun tarixi qələbəsi münasibəti ilə Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza dəstək məqsədilə keçirilib.

Aksiya Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 22 noyabr tarixində baş tutub. 

Aksiya iştirakçıları təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər. Soydaşlarımız bu sevinci onlara yaşatdıqlarına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusuna minnətdarlıqlarını ifadə ediblər.

Aksiyada hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyəyə də təşəkkür edilib.
 
 
İslahat.az