22 Aprel 2021
14:47
15331

Almaniya parlamentinin deputatı: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”

Almaniya Sosial-Demokrat Partiyasının Bundestaqdakı üzvü Barbara Hendriks Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını qeyd edərək Qarabağda müharibədən sonrakı həll üçün yerinə yetirilməsi lazım olan şərtlərə toxunub.

Bu barədə "Vestnik Kavkaza” məlumat verib.

 

Barbara Hendriks qeyd edib ki, müharibənin vurduğu yaralar dərindir və barışıq yalnız bütün maraqlı tərəflərin gələcəyə ümidlə baxması nəticəsində mümkün ola bilər.

Almaniya parlamentinin üzvü əlavə edib ki, artıq bundan sonra dövlətlərin beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyü heç biri tərəfdən sorğulanmamalıdır.

Xatırladaq ki, aprelin 20-də AŞPA-nın yaz sessiyasında çıxış edən Almaniya kansleri Angela Merkel dövlətlərin suverenliyini və ərazi bütövlüyünü zədələməyin Avropa dəyərlərinə zidd olduğunu söyləyərək Qarabağı nümunə göstərmişdi.

 

İslahat.az