22 Sentyabr 2021
11:22
21189

Ali məktəblərdə dərslər bu qaydada keçiriləcək - QƏRAR VERİLDİ

Nazirlər Kabineti ali məktəblərdə dərslərin təşkili qaydası ilə bağlı qərar verib.

İslahat.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir.

Eyni zamanda, müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılıb.

İslahat.az