Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfər edib
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi
44 günlük Zəfər tariximizdəki şanlı qələbəmizlə bir daha bütün dünyaya qüdrətli, şücaətli bir xalq olduğumuzu, haqq işimizdə dönməzliyimizi nümayiş etdirdik. Ordumuzun döyüş taktikası, hərbi əməliyyatlardakı manevrləri dünya hərb tarixində xüsusi yer tutdu.
Azərbaycan Ordusunun Hadrut yaşayış məntəqəsində düşmənə qarşı
apardığı hərbi əməliyyatlar dünya hərb elmi üçün əhəmiyyətli hadisə hesab
olunur. Şuşaya yol açan Hadrut əməliyyatının hərbi – strateji əhəmiyyəti
xüsusilə vurğulanır.
Hadrut istər Sovetlər zamanında, istərsə də 30 illik işğal zamanında daha çox
hərbi məntəqə kimi istifadə olunub. Belə yüksəklikdə olan və meşələrlə əhatə
olunmuş məntəqənin azad olunması, eyni zamanda hərbi- taktiki baxımdan da əldə
olunmuş uğur idi. Bu qələbə 44 günlük savaşın taleyini həll etdi. Hadrutun terrorçu
qrupundan təmizlənməsi sıradan bir əməliyyat olmayıb, öncədən hazırlanmış
hərbi-strateji plan əsasında əməliyyat uğurla nəticələnmişdir.
Bu gün bizim Zəfərimiz dünyanın aparıcı ali məktəblərində öyrənilir, hərbi
ekspertlər, mütəxəssislər bu savaşdan bəhs edərkən onu XXI əsrin müharibəsi
adlandırırlar.
Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz haqq
savaşında Zəfər çaldı, düşməni əzəli torpaqlarından qovdu və tarixi ədaləti
bərpa etdi.
Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini
HADRUT QƏSƏBƏSİNDƏ HƏRBİ HİSSƏNİN AÇILIŞI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə,
daha sonra isə Şuşa şəhərinə səfər edib. Prezident hər il olduğu kimi bu il də
doğum gününü xüsusi qeyd etməyib. Əvəzində işğaldan azad edilən ərazilərə səfər
edərək həm burada bərpa prosesi istiqamətində görülən işlər ilə yerində tanış
oldu, həm də doğum günü ənənəsinə sadiq qalaraq bir sıra mühüm açılışlar etdi.
Səfər çərçivəsində xüsusi diqqət çəkən məqam Prezidentin ailə üzvləri ilə
birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib burada hərbi hissənin
açılışında iştirak etməsi oldu.
Ali Baş Komandanın Hadrut qəsəbəsində açılışını etdiyi hərbi hissə olduqca
mühümdür. Bu hərbi hissədə Azərbaycan Ordusunun Türkiyə təcrübəsinə əsaslanaraq
yaratdığı yeni komando briqadası yerləşəcək. Bu gün xüsusi təyinatlılar demək
olar ki, bütün ölkələrdə silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi
sayılır. Misal üçün, Türkiyədə "Komando”, "Bordo bereli”, "SAT-SAS”, ABŞ-da
”Reyncer”, ”Delta forçe”, Rusiyada "Alfa”, "Vımpel”, "Delta”, İsraildə "Amor”,
Böyük Britaniyada "Kommandos”, "Skorpion” və s. Ölkəmizdə də "Yarasa”,
"Qartal”, "Şahin”, "Vaşaq”, "Əqrəb” və s. şərti adlarla tanınan xüsusi
təyinatlı dəstələr mövcuddur. Türk komandoları isə dünyanın ən elit hərbi
birləşmələrindən hesab edilir.
Görünən odur ki, Prezident Azərbaycan ordusunu qardaş Türkiyə Silahlı
Qüvvələrinin modeli əsasında tərtib etmək, eyni səviyyəyə çatdırmaq istəyir.
Onun "biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya
ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış
yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana
Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir” sözləri də
bu fikri təsdiqləyir.
Azərbaycanın yeni yaratdığı komando briqadasının Hadrutda yerləşməsi də
təsadüfi deyil. Belə ki, Prezidentin də qeyd etdiyi kimi, Hadrut keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətinin ərazisinə daxildir. Yəni Hadrut separatçı-terrorçu
rejimin tör-töküntülərinin qaldığı ərazilərə çox yaxındır. Bu ərazidən həm
separatçılara nəzarət etmək, hətta gələcəkdə ehtimal anti-terror əməliyyatı
üçün istifadə etmək olar. Bu mənada Türkiyə təcrübəsi əsasında yaradılan
komando briqadalarının əsas vəzifəsinin gələcəkdə terrorçulara qarşı
əməliyyatlar olduğunu deyə bilərik.
Ölkə başçısının hərbi hissənin açılışı sonrası komandoların simvolu sayılan göy
rəngli bereti taxması da mühüm mesaj idi. Ali Baş Komandan bununla faktiki
olaraq burada yerləşən komando birliklərinin "kölgəsi”nin davamlı olaraq
separatçıların başı üzərində olacağı mesajını vermiş oldu.
KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
XALQIN DƏSTƏYİNƏ ARXALANAN PREZİDENT
Dekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyev özünün 60 illik yubileyini Vətən
müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində işğaldan azad edilən Qarabağ
torpağında qeyd edib. Əvvəlcə Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli
Komando hərbi hissəsinin açlışında iştirak edən Prezident müharibənin bitməsinə
baxmayaraq ordunun qüvvətləndirilməsi məsələlərinin hər zaman gündəmdə
olacağını bəyan edib.
Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr,
hərbi şəhərciklər salınıb. Ordu quruculuğu istiqamətində aparılan işlər
arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın
bütün bölgələrində əksər hərbi hissələr lazımi standartlara cavab verir.
Qarabağın mərkəzində, mühüm strateji əhəmiyyət daşıyan Hadrut qəsəbəsində yeni
tipli hərbi hissənin açılışı da bu işlər sırasındadır. Bu hərbi hissədə şəxsi
heyətin xidməti və yaşayışı üçün hər cür şərait yaradılıb.
Hərbi hisənin açılışında cənab Prezidentin qeyd etdiyi kimi bu gün ölkədə
hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların
məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindədir. 20 il orduda
qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə
qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub. Cari ilin
sonuna qədər isə daha 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir.
Qeyd edilib ki, Azərbaycanda müharibədən sonra ordu quruculuğu prosesi
dayandırılmayıb, orduya ayrılan xərclər isə artırılıb. Müharibədən sonra
imzalanmış yeni kontraktlar əsasında Ordumuzun təchizatı üçün ən müasir
silahlar, texnikalar gətirilir. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz
peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.
Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışından sonra
Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Qarabağın incisi Şuşa şəhərinə
gəlmişdir. Ölkə başçısının Şuşaya növbəti səfəri Prezident İlham Əliyevin 60
illik yubileyinə təsadüf edir. Artıq neçə illərdir ki, Prezident İlham Əliyev
öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edərək sosial obyektlərin
açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Öz
50 illiyini Ağcabədidə məcburi köçkünlərlə bərabər qeyd edən Prezident İlhan
Əliyev bu il dekabrın 24-də 60 illiyini də ailə üzvləri ilə birlikdə Qarabağda
– Şuşada keçirib.18 il əvvəl Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə
qədər İlham Əliyev xalqın dəstəyinə arxalanır və bu dəstək ona güc verir.
Prezidentin qeyd etdiyi kimi "Bu dəstək iradəmi möhkəmləndirir və bu dəstək
nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza
atmışıq”
Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi
44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı
Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın
işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan
güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və
zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji
yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində
Ermənistan rəhbərliyi "güclü ordusu” haqqında uydurmalar ortalığa atanda,
"yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya
standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında
göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə
sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə
hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin
vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə
keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı
həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və
rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil,
həm də diplomatiya sahəsində qalib gəldi. Bu qələbə istisnasız olaraq cənab
Prezident İlham Əliyevin diplomatiyasının ən böyük uğurudur. Çünki ölkəmizin
illərlə topladığı beynəlxalq nüfuz haqlı davamıza qüvvət verdi, onu daha güclü
etdi. Bu çətin günlər qardaşlığın, dostluğun dəyərini anlatdı. Biz bir daha
şahidi olduq ki, tarix heç vaxt öz funksiyasını dəyişmir, dostlar düşmənə,
düşmənlər dosta çevrilmir. Qalib gələn ədalət və ölməyən həqiqət olur.
Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri
Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tez- tez işğaldan azad edilmiş ərazilərdə səfərdə olur
Beynəlxalq təşkilatların, eləcə də, yerli ictimaiyyətin, o cümlədən
siyasi partiya və QHT nümayəndələrinin, habelə əcnəbi jurnalistlərin Şuşaya və
işğaldan azad edilmiş digər ərazilərə səfərləri zamanı bir daha aydın oldu ki,
Ermənistan 30 il ərzində torpaqlarımıza, tarixi -mədəni, dini-mənəvi
abidələrimizə və təbiətimizə qarşı vəhşilik törətmiş və işğal altında saxladığı
ərazilərimizi yerlə- yeksan etmişdir. Bu vəhşilik, talançılıq və işğal əbədi
ola bilməzdi. Bir il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli Ordumuz faşist xislətli Ermənistan ordusunun işğalına
son qoydu. Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi şanlı Qələbəmizlə
başa çatdı. 44 gün davam edən Vətən müharibəsində ərazi bütövlüyümüz təmin
edildi.
Ermənilər Hadruta XIX əsrdə İrandan köçürülüblər. Dövlətimizin başçısı da bunu
diqqətə çatdıraraq dedi ki, o vaxta qədər burada erməni yaşamırdı. Onlar tarixi
saxtalaşdırmağa vərdiş ediblər. Elə buna görə də bu gün də həmin vərdişlərindən
əl çəkmir, bugünkü reallıqları da saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti də bu
yalanlara inandırmaq istəyirlər. Ancaq Prezident İlham Əliyevin düzgün
müəyyənləşdirdiyi siyasi strategiya ermənilərin bütün yalanlarını ifşa etdi.
Müharibə dövründə də Ermənistan rəsmi orqanları nə qədər yalan söylədilər, həm
öz xalqını, həm də beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdılar. Lakin
Hadrutun işğaldan azad edilməsindən sonra Ermənistan rəsmilərinin yalanları üzə
çıxdı. Eyni zamanda, Hadrutun işğaldan azad edilməsi Ermənistana çox böyük
mənəvi-psixoloji sarsıntı yaşatdı.
Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tez- tez
işğaldan azad edilmiş ərazilərdə səfərdə olur, yenidənqurma–bərpa işlərinə
şəxsən nəzarət edirlər. Əminliklə demək olar ki, yaxın illərdə Qarabağ bölgəsi
əvvəlki illərdən də yaxşı olacaq. Dövlət başçımız Xocavənd rayonunda
ictimaiyyətin nümayəndələri ilə görüşü zamanı da bu fikri səsləndirdi.
Dövlətimizin başçısı Hadrut qəsəbəsində və Tuğ kəndində oldu. Digər səfərlərdə
olduğu kimi, bu dəfə də yeni tikinti-bərpa işlərinin təməli qoyuldu.
Bu Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin
siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, xalqına və torpağına
bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin
məntiqi nəticəsidir.
Nailə Əliyeva-Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Azərbaycanın tərəqqisi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, ölkədə
sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı,
xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli
enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi xalqın dəstəyinə arxalanan
Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir.
Dövlətimizin başçısının həyata keçirdiyi prinsipial, milli maraqlara əsaslanan
siyasət nəticəsində ölkədə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun
yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü
potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi
nəticələr əldə olunub. Bunu təkcə yerli siyasi və iqtisadi ekspertlər deyil,
həm də dünyanın nüfuzlu reytinq və beynəlxalq təşkilatları də etiraf edirlər.
Digər tərəfdən, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər
dünya ölkələrinə nümunə olaraq göstərilir.
"Azərbaycanda güclü sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin
sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə
cəmiyyətin rifahını təmin edir”. İlin əvvəlindən dövlətimizin başçısının
təsdiqlədiyi iki böyük sosial paketin reallaşdırılması nəticəsində Azərbaycanda
minimum əməkhaqqı və pensiya qaldırılıb, qaçqın və məcburi köçkünlərin həyat
şəraiti yaxşılaşdırılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi
təmin olunub.
Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının yanındadır və xalqın
dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın
dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan
həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür,
əldə olunan uğurları yüksək qiymətləndirir. Ölkə başçısı hər zaman xalqdan güc
alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin
sarsılmazlığının əsasında da bu amil dayanır. Buna görə də Azərbaycan dövləti
gələcəkdə daha da möhkəmlənəcək, daha da inkişaf edəcək.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Ötən bir ildə xalq-iqtidar birliyinin möhtəşəm uğurları.
Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməsinin bir ili tamam olur. Ötən bir il
Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun
və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi.2003-cü
il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz
səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham
Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib,
tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi
daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq
yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün
sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin
rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin
və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən
tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə nail olub.Xalqımız ötən
müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən
yüksək qiymətini verdi. Seçkilərin nəticələrinə əsasən İlham Əliyev səslərin
86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti
seçildi.
Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son bir ildə də
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu
müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin
edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin
başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial
sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə
yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham
Əliyev daim xalq ilə təmasda olur, vətəndaşları narahat edən problemləri
birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq
göstərişlər verir.Ötən bir il ərzində də Azərbaycan Prezidentinin hər
zaman xalqının yanında olduğunun, onların problemlərinin həllinə xüsusi
həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Bildiyimiz kimi, cari il
fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu
rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi
ziyan dəydi. Hadisədən dərhal sonra dövlətimizin başçısı zəlzələ baş verən
ərazidə oldu, vəziyyətlə yerində tanış olaraq vətəndaşlarla görüşdü, təbii
fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər verdi,
müvafiq Sərəncam imzalandı və Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı.
Qısa müddət ərzində fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində
işlərə başlanıldı. Təbii fəlakət nəticəsində dağılan bir sıra evlər təxminən
bir ay sonra əsaslı şəkildə təmir edilərək dövlətimizin başçısının və birinci
xanımın iştirakı ilə sahiblərinə təqdim olundu.
Bir sözlə, dövlətimizin başçısının paytaxtda və bölgələrimizdə vətəndaşlarla
keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması,
insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar
ölkəmizdə xalq-iqtidar birliyini daha da möhkəmləndirir, xalqın Prezidentinə
olan inamını daha da artırır. Bu amillər həm də Prezident və xalqın birliyi
konsepsiyasının əsas qayəsini təşkil edir.
Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri
Zəfər iqtisadiyyatının rolu və hədəfləri
Tarixi Zəfəri bizə bəxş edərək öz həyatlarını qurban vermiş igid zabit və
əsgərlərimizin, ümumilikdə Vətən uğrunda, onun müstəqilliyi, suverenliyi və
ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün bacı və qardaşlarımızın, bütün mənalı
həyatını bu yolda fəda etmiş, Azərbaycan xalqı və dövlətinin rifahına həsr
etmiş ümummilli lider Heydər Əliyevin xatirəsini hər zaman böyük ehtiramla
anırıq. O qeyd edib ki, Azərbaycan xalqı tarixə öz adını qalib, qurucu və
qürurlu xalq kimi yazmağı bacarıb: "2020-ci ildə baş vermiş 44 günlük İkinci
Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan
xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz
gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının,
tarixi ədalətsizliyin aradan qaldırılmasına və separatizmin məhv edilməsinə
nail oldu. Şübhəsiz ki, bu Zəfər salnaməsinin yaradılması – Qələbə dastanının
yazılması, yəni mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və
kəsişən strateji maraqların fonunda Azərbaycanın torpaqlarının işğaldan azad
edilməsinə müvəffəq olması sadə və sıradan məsələ deyil.
Biz qürurla və iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan
Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə
cəzalandırması nəticəsində azad olunub. Bu, XXI əsrin müharibəsini aparan
Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını əks etdirən çox
mühüm faktdır. Eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın öz
ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu,
milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara müvafiq strateji kursun
real – məntiqi nəticəsidir”.
Ümummilli lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə
yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik
etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli
gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla
irəliləməsini təmin edib. Prezident İlham Əliyevin inkişafa, intibaha,
tərəqqiyə və qələbəyə hədəflənən siyasəti sayəsində Azərbaycanın iqtisadi
müstəqilliyi tam təmin edilib, ölkənin maliyyə imkanları genişlənib. Yəni, güclü
iqtisadiyyat quruculuğu, iqtisadi inkişaf bizi tarixi Zəfərə aparan çox mühüm –
həlledici amillərdən biri olub.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş
qabiliyyətinin artırılması istiqamətində fəaliyyətlər yüksək səviyyədə davam etdirilir.
Vətən müharibəsindən sonra həm müasir tələbələrə cavab verən silah-sursat,
texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Belə ki,
Oktyabrın 19-da yeni yaradılan əməliyyat (komando) hərbi hissəsinin açılışının
edilməsi buna bariz nümunədir. Həmin hərbi hissədə əsasən Türkiyədə uzun
müddətli "Komando hazırlığı kursu” keçmiş şəxsi heyətə olması Azərbaycan
Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük
töhfə verir. Yaradılan Hərbi hissənin ərazisindəki təlim mərkəzinin olması
şəxsi heyyətinin hazırlıq səviyyəsinin yüksək olmasına xidmət edir.
Həmçinin Hadrut qəsəbəsində yeni hərbi hissənin açılması da deyilənlərə
sübutdur. Açılışdakı çıxışında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı cənab İlham Əliyevin də bəyan etdiyi kimi Hadrutda yeni hərbi
hissənin açılması çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji
əhəmiyyət daşıyır, Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi,
ölkəmizin təhlükəsizliyini qoruyacaq. Ddigər tərəfdən ona görə ki, bu, azad
edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir”.
Bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra
ordu quruculuğu prosesini dayandırmamışıq vəbütün bunlar isə həm
əsgərlərdə, həm də ümumilikdə xalqımızda xüsusi ruh yüksəkliyi yaradır.
Eldəniz Cəbrayılov – Şıxbağı kənd tam orta məktəbin hərbi rəhbəri
Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb
Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu cənab Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil
edib. Respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait
ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların
peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Cənab İlham Əliyevin
prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci
yerdə dayanıb. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini
üstələyib. Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun
arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar
vardır. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv
etməyə qadirdir. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin
nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini
qurmağa nail olub. Bütün bunların müsbət nəticəsini isə biz ötən 44 günlük
Vətən mühairbəsində gördük.
Ölkəmizdə müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıbdır.
"Biliyimiz kimi, orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb.
Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar
əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar,
texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin
artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki,
müharibə başa çatsa da ordu quruculuğu prosesi dayanmayacaqdır.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi
Azərbaycan Ordusunun Hadrut yaşayış məntəqəsində düşmənə qarşı
apardığı hərbi əməliyyatlar dünya hərb elmi üçün əhəmiyyətli hadisə hesab
olunur. Şuşaya yol açan Hadrut əməliyyatının hərbi-strateji əhəmiyyəti xüsusilə
vurğulanır. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev də bu günlərdə
Hadruta səfəri zamanı ordumuzun həyata keçirtdiyi əməliyyatı xüsusilə qeyd etdi.
Xocavənd rayonunun tərkib hissəsi olan Hadrutun – Ağoğlan qəsəbəsinin azad
olunması bölgədə olan erməni silahlı qüvvələrinin döyüş əzminin qırılması
baxımından ciddi əhəmiyyətə malikdir. Belə ki, Füzulidən başlayan və Araz çayı
boyunca gedən hərbi əməliyyatların şimala, yüksəklikdə yerləşən Hadruta qədər
davam etməsi və Hadrutun azad olunması qarşı tərəfdə ciddi bir psixoloji-mənəvi
uğursuzluğa şərait yaratdı. Hadrutun azad olunmasına qədər düşmən tərəfdə belə
bir düşüncə var idi ki, keçmiş "Dağlıq Qarabağa” toxunulmayacaq, əməliyyatlar
daha çox Dağlıq Qarabağın ətrafında gedəcəkdir. Bu məsələ Azərbaycan insanı
üçün də önəmli idi. Bundan əvvəl bu şəkildə genişmiqyaslı əməliyyatlar həyata
keçirilməmişdi. Hadrutun azad olunması Azərbaycan Ordusunun mənəvi-psixoloju
ruhunu yüksəltdi.
Xocavənd rayonu keçmiş Dağlıq Qarabağın bir parçası kimi görünürdü.
Xocavəndin cənub hissəsi olan Hadrutun azad olunması ilə düşmən fərqinə vardı
ki, bu torpaqlarda duruş gətirə bilməyəcəklər. Sadəcə keçmiş Dalıq Qarabağ
deyil, bütün ərazilərimizdə bu əməliyyatlar həyata keçiriləcəkdir. Hadrutun
azad olunması ilə Şuşaya hərbi yolu açıldı və bir neçə istiqamətlərdə ordumuzun
irəliləməsinə şərait yaratdı.
Famil Abbasov –Vətən müharibəsi iştirakçsı
44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı
Azərbaycanın parlaq zəfəri ilə nəticələnən Vətən müharibəsində
Azərbaycan ordusu döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirir,
pərən-pərən düşən düşmən qüvvələri ağır itkilərə məruz qoymuşdur. 44 gün
ərzində darmadağın olan Ermənistan ordusunun aqibətini bir çox ermənilər yalnız
10 noyabr bəyanatı – faktiki kapitulyasiya aktı imzalandıqdan sonra anlamağa
başladılar. Buna qədər isə erməni xalqı üçün hər şey necə deyərlər "yağ kimi
gedirdi”. Çünki ölkənin Müdafiə Nazirliyi bütün reallığa zidd olaraqqələbədən
dəm vururdu. Halbuki, Ermənistan ordusu artıq son nəfəsini verirdi. 44 günlük
müharibə "yenilməz erməni ordusu”, "erməni ruhu” kimi mifləri zibil qutusuna
göndərdi, ancaq Ermənistan tarixinə düşəcək bir "əfsanə”nin doğuluşuna da səbəb
oldu. Bu "əfsanə”, bu "fenomen”in adı hər birimiz üçün tanışdır. "Taktiki
olaraq geri çəkilmə” yalanıdır. Saxta təbliğat və uydurmalar üzərində qurulan
"qüdrətli Ermənistan ordusu”nun məhv edilməsi isə reallığ idi.
Qələbə Müzəffər Azərbaycan ordusunun və xalqının şanlı tarixinə yazılıb. Bu
zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq.
Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu
dəfə qalib dövlət, qalib xalq kimi. 44 günlük Vətən müharibəsində Azərbaycan
dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan "iti qovan
kimi qovdu”. Eyni zamanda bütün Azərbaycan xalqı cənab Prezidentimizin
ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu,
ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi,
misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan
Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı.
Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru
İslahat.az